Rusiya Prezidenti: “Heydər Əliyev BAM-ın icrasında böyük rol oynayıb” - VİDEO  

Hazırda oxunan: Rusiya Prezidenti: “Heydər Əliyev BAM-ın icrasında böyük rol oynayıb” - VİDEO  

188414

"Bu günlər biz Baykal-Amur Magistralının 50 illiyini qeyd edirik. Hamı yaxşı bilir ki, Sizin atanız bu layihənin icrasında böyük rol oynayıb". 

Bizim.Media xəbər verir ki, bu fikri aprelin 22-də Rusiya Prezidenti Vladimir Putin Moskvada Azərbaycan Prezidenti İlham Əliyev ilə təkbətək görüşdə deyib. 

Prezident Vladimir Putin Ulu Öndər Heydər Əliyevin BAM-ın tikintisi məsələləri üzrə daimi komissiyaya sədrlik etdiyini xatırladaraq bildirib: 

“Demək olar ki, o, ən böyük layihələrdən birinin, bütün Sovet İttifaqı üçün çox vacib layihə olan BAM-ın rəhbəri olub. Biz buna görə ona çox minnətdarıq və onun əziz xatirəsini yad edirik”. 

 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO