Vaşınqtonda COP29-un dünya iqtisadiyyatının uzunmüddətli inkişafında əhəmiyyəti müzakirə edilib

Hazırda oxunan: Vaşınqtonda COP29-un dünya iqtisadiyyatının uzunmüddətli inkişafında əhəmiyyəti müzakirə edilib

187870

Azərbaycan Mərkəzi Bankının (AMB) nümayəndə heyəri bu gün Vaşınqtonda keçirilən Dünya Bankı Qrupu və Beynəlxalq Valyuta Fondunun (IMF) yaz toplantıları çərçivəsində Seçki Qrupunun görüşündə iştirak edib.

Bizim.Media xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədri Taleh Kazımov özünün "X" hesabında bildirib.

"Seçki Qrupunun üzvləri ilə təmsil etdiyimiz ölkələrdə iqtisadi mühitdə baş verən dəyişiklər və həyata keçirilən makroiqtisadi siyasətlər barədə danışdıq. Həmçinin maliyyə sabitliyinin təmin olunması və dayanıqlı iqtisadiyyatın dəstəklənməsi istiqamətində maliyyə sektorunun inkişafına dair fikir mübadiləsi apardıq. 
Görüşdə Azərbaycanda keçiriləcək COP29 beynəlxalq tədbirinin dünya iqtisadiyyatının uzunmüddətli inkişafı baxımından əhəmiyyətini xüsusi vurğuladıq", - deyə T. Kazımov qeyd edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO