Pakistanın ölkəmizdəki səfiri: “Hindistanın Ermənistanı silahlandırması təəssüf doğurur” – ÖZƏL/VİDEO 

Pakistanın ölkəmizdəki səfiri: “Hindistanın Ermənistanı silahlandırması təəssüf doğurur” – ÖZƏL/VİDEO 

Hazırda oxunan: Pakistanın ölkəmizdəki səfiri: “Hindistanın Ermənistanı silahlandırması təəssüf doğurur” – ÖZƏL/VİDEO 

182851

“Hindistanın Ermənistanı yenidən silahlandırması ilə bağlı ancaq onu deyə bilərik ki, bu, təəssüf doğurur”.

Bu fikirləri Bizim.Media-ya özəl açıqlamasında Pakistan İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Bilal Hayi bildirib.

Səfir bildirib ki, Pakistan Cənubi Qafqazda sülh və əmin-amanlıq tərəfdarıdır: 

“Ümid edirəm ki, Ermənistan və Azərbaycan arasında əlaqələr tezliklə normallaşacaq və sülh müqaviləsi imzalanacaq. Azərbaycanın da təkid etdiyi kimi, sülh müqaviləsinin imzalanması əlaqələrin normallaşması baxımından da vacibdir. İstənilən dünya ölkəsinin müharibənin uzanmasına şərait yaradacaq situasiyalara yol açması normallaşma prosesinə kömək etməyəcək məqamdır. 

Pakistan inanır ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi imzalanacaq, münasibətlər normallaşacaq və regionda qonşuluq münasibəti qurulacaq. Ermənistan Azərbaycanın təşviqi ilə sülh müqaviləsi imzalayacaq”.
 


Məhərrəm Əliyev, Nicat Niftəliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO