Tokayevin rəsmi qarşılanma mərasimi oldu - FOTO

Tokayevin rəsmi qarşılanma mərasimi oldu - FOTO

Hazırda oxunan: Tokayevin rəsmi qarşılanma mərasimi oldu - FOTO
182031
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikasına dövlət səfərinə gələn Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin martın 11-də rəsmi qarşılanma mərasimi olub. 

Bizim.Media xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı meydanda Qazaxıstan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb. 

Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevi qarşılayıb. Fəxri qarovul dəstəsinin rəisi Qazaxıstan Prezidentinə raport verib. 

Prezident Kasım-Jomart Tokayev Azərbaycan əsgərlərini salamlayıb. 

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçiblər. Qazaxıstan Respublikasının və Azərbaycan Respublikasının Dövlət himnləri səsləndirilib. 

Azərbaycan nümayəndə heyəti Qazaxıstan Prezidentinə, Qazaxıstan nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olunub. 

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan Prezidenti İlham Əliyevin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin qarşısından keçib. 

Dövlət başçıları rəsmi foto çəkdiriblər.

Tokayevin rəsmi qarşılanma mərasimi oldu - FOTO - foto 1
Tokayevin rəsmi qarşılanma mərasimi oldu - FOTO - foto 2
Tokayevin rəsmi qarşılanma mərasimi oldu - FOTO - foto 3
Tokayevin rəsmi qarşılanma mərasimi oldu - FOTO - foto 4
Tokayevin rəsmi qarşılanma mərasimi oldu - FOTO - foto 5
Tokayevin rəsmi qarşılanma mərasimi oldu - FOTO - foto 6
Tokayevin rəsmi qarşılanma mərasimi oldu - FOTO - foto 7
Tokayevin rəsmi qarşılanma mərasimi oldu - FOTO - foto 8
Tokayevin rəsmi qarşılanma mərasimi oldu - FOTO - foto 9
Tokayevin rəsmi qarşılanma mərasimi oldu - FOTO - foto 10
Tokayevin rəsmi qarşılanma mərasimi oldu - FOTO - foto 11

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO