Ceyhun Bayramov GUAM-ın Baş katibi ilə gömrük əməkdaşlığını MÜZAKİRƏ EDİB - FOTO 

Ceyhun Bayramov GUAM-ın Baş katibi ilə gömrük əməkdaşlığını MÜZAKİRƏ EDİB - FOTO 

Hazırda oxunan: Ceyhun Bayramov GUAM-ın Baş katibi ilə gömrük əməkdaşlığını MÜZAKİRƏ EDİB - FOTO 
165499
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycan Respublikası xarici işlər naziri Ceyhun Bayramov Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM-ın Baş katibi Altay Əfəndiyev ilə görüşüb. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüşdə tərəflər arasında GUAM çərçivəsində üzv dövlətlər arasında mövcud və gələcək əməkdaşlıq imkanları, gündəlikdə duran məsələlər barədə fikir mübadiləsi aparılıb, təsisçi üzv dövlət olaraq ölkəmizin GUAM çərçivəsində fəal əməkdaşlığı təqdir edilib. 

Üzv dövlətlər arasında GUAM-ın əsas məqsədləri olan iqtisadi inkişaf, təhlükəsizlik və sabitliyin təmin edilməsi istiqamətində fəal əməkdaşlıqdan məmnunluq ifadə edilib, müxtəlif layihələr və proqramlar çərçivəsində qarşılıqlı əməkdaşlığın daha da möhkəmlənməsinə və genişlənməsinə ümidvarlıq ifadə olunub. 
Nazir ölkəmizin GUAM çərçivəsində ticarət, nəqliyyat, gömrük, enerji, turizm, texnologiyalar və kənd təsərrüfatı kimi sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq əsasında fəaliyyətə xüsusi önəm verdiyini, qeyd olunan sahələr üzrə layihələrin təşəbbüskarı və fəal iştirakçısı olduğu bildirilib. 

Tərəflər həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar. 

Ceyhun Bayramov GUAM-ın Baş katibi ilə gömrük əməkdaşlığını MÜZAKİRƏ EDİB - FOTO  - foto 1
Ceyhun Bayramov GUAM-ın Baş katibi ilə gömrük əməkdaşlığını MÜZAKİRƏ EDİB - FOTO  - foto 2

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO