Sahibə Qafarova Rusiyada işgüzar səfərdədir

Sahibə Qafarova Rusiyada işgüzar səfərdədir

Hazırda oxunan: Sahibə Qafarova Rusiyada işgüzar səfərdədir

130454

Bu gün Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti MDB Parlamentlərarası Assambleyasının Şura və 55-ci plenar iclaslarında iştirak etmək üçün Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə işgüzar səfər edib. 

Bizim.Media xəbər verir ki, səfər çərçivəsində Sahibə Qafarovanın MDB PA-nın 55-ci plenar iclasında çıxışı və iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşləri nəzərdə tutulub. 

Nümayəndə heyətinin tərkibinə deputatlar Nizami Səfərov, Mixail Zabelin, Rasim Musabəyov, Arzu Nağıyev, Milli Məclis Aparatının rəhbəri Fərid Hacıyev və digər rəsmi şəxslər daxildir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO