"Azərbaycan BƏƏ ilə dostluq münasibətlərinə xüsusi əhəmiyyət verir" - Prezident

Hazırda oxunan: "Azərbaycan BƏƏ ilə dostluq münasibətlərinə xüsusi əhəmiyyət verir" - Prezident
107443
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri ilə qarşılıqlı etimad və dəstəyə əsaslanan dostluq münasibətlərinə xüsusi əhəmiyyət verir". 

Bizim.Media xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı - Müstəqillik Günü münasibətilə Prezident Məhəmməd bin Zayed Al Nəhyana ünvanladığı təbrik məktubunda yer alıb. 

“Ötən otuz illik dövr ərzində dini və mədəni köklərlə bir-birinə bağlı olan ölkələrimiz arasında əlaqələr möhkəmlənib, qarşılıqlı maraq doğuran müxtəlif sahələrdə əməkdaşlığımız dinamik və davamlı şəkildə inkişaf edib. İnanıram ki, dövlətlərarası münasibətlərimizin daha da inkişafı, həm ikitərəfli, həm də çoxtərəfli əsasda əməkdaşlığımızın genişləndirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da davam etdirəcəyik”, - deyə məktubda vurğulanıb. 
Dövlət başçısı Birləşmiş Ərəb Əmirliklərinin Prezidentinə möhkəm cansağlığı və xoşbəxtlik, işlərində müvəffəqiyyətlər, bu ölkənin dost xalqına əmin-amanlıq və rifah arzulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO