Rusiyanın 11 aeroportunda uçuşlara QADAĞA - Rejim uzadıldı

Rusiyanın 11 aeroportunda uçuşlara QADAĞA - Rejim uzadıldı

Hazırda oxunan: Rusiyanın 11 aeroportunda uçuşlara QADAĞA - Rejim uzadıldı

95787

Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) ölkənin cənub və mərkəzi hissəsindəki 11 hava limanında uçuşların məhdudlaşdırılması rejimininin müddətini oktyabrın 2-dək uzadıb.

Bizim.Media “Rosaviasiya”a istinadən xəbər verir ki, təyyarələrin Anapa, Belqorod, Bryansk, Voronej, Gelencik, Krasnodar, Kursk, Lipetsk, Rostov, Simferopol və Elista hava limanlarına uçuşları məhdudlaşdırılıb. Alternativ qismində Soçi, Volqoqrad, Mineralnıye Vodı, Stavropol və Moskvada yerləşən hava limanlarından istifadə etmək tövsiyə olunur.

Xatırladaq ki, Rusiyanın cənubunda və mərkəzində yerləşən hava limanlarına uçuşların məhdudlaşdırılması rejimi fevralın 24-dən etibarən tətbiq edilir.

Məhdudiyyət sayca 36-cı dəfədir uzadılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO