2030-cu ilə qədər Azərbaycanla sərhədlərin açılacağına ümid edirik” - Kostanyan

2030-cu ilə qədər Azərbaycanla sərhədlərin açılacağına ümid edirik” - Kostanyan

Hazırda oxunan: 2030-cu ilə qədər Azərbaycanla sərhədlərin açılacağına ümid edirik” - Kostanyan

621152

Ermənistan 2030-cu ilə qədər Türkiyə və Azərbaycanla sərhədlərin və nəqliyyat kommunikasiyalarının açılacağına ümid edir, bu isə Cənubi Qafqazı Avropa və Mərkəzi Asiya arasında əsas əlaqələndirici həlqəyə çevirməyə imkan verəcək.

Bizim.Media “report.az”a istinadla xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan bildirib.
 

Onun sözlərinə görə, kommunikasiyaların açılması daha da tez baş verə bilər, çünki İrəvan regional nəqliyyat layihələri üzərində işi davam etdirir və qonşu ölkələr tərəfindən daha çox şəffaflıq əlamətləri müşahidə edir:


"Bizim baxışımız bundan ibarətdir ki, 2030-cu ilə qədər təəssüf ki, sərhədlərin indiyədək bağlı olduğu iki qonşumuzla - Türkiyə və Azərbaycanla açıq kommunikasiyalarımız və açıq sərhədlərimiz olacaq".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO