Moskvada inzibati binada güclü yanğın - 60 nəfər təxliyə edildi

Moskvada inzibati binada güclü yanğın - 60 nəfər təxliyə edildi

Hazırda oxunan: Moskvada inzibati binada güclü yanğın - 60 nəfər təxliyə edildi

620664

Moskvanın cənubunda yerləşən Reçnikov küçəsindəki inzibati binada böyük yanğın baş verib.

Bizim.Media  xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Yanğın təxminən 300 kvadratmetr sahəni əhatə edib. Hadisə zamanı binanın dam örtüyünün bir hissəsi uçub.

Yanğınla əlaqədar binadan 60 nəfər təxliyə edilib.

Şahidlərin sözlərinə görə, ərazidə güclü tüstülənmə müşahidə olunub. Xəsarət alanların olub-olmaması ilə bağlı məlumatlar dəqiqləşdirilir.

Hazırda hadisə yerində xilasedicilər və yanğınsöndürmə briqadaları işləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO