Ermənistana gözdağı olan QOŞA BAYRAQ - FOTO

Ermənistana gözdağı olan QOŞA BAYRAQ - FOTO

Hazırda oxunan: Ermənistana gözdağı olan QOŞA BAYRAQ - FOTO
32643
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyənin İğdır bölgəsini Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirən sərhəd məntəqəsində 13 metr hündürlükdə dirəklərə Azərbaycan və Türkiyə bayraqları asılıb. 

Bizim.Media Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Dilucu sərhəd-keçid məntəqəsində qaldırılan bayraqlar Ermənistan ərazisindən də görünür.

Dilucu sərhəd-keçid məntəqəsində Azərbaycan və Türkiyə bayraqları daha əvvəl də qaldırılmışdı.

Lakin indi bayraq dirəkləri yenilənib və daha hündür dirəklər basdırılıb. İğdır vilayəti Jandarma Komandanlığı tərəfindən qaldırılan bayraqları indi Ermənistan ərazisindən də görmək mümkündür.
 

Bayraq abidəsi üzərinə Mustafa Kamal Atatürkün, Heydər Əliyevin və Məmməd Əmin Rəsulzadənin sözləri yazılıb.


Naxçıvanla Türkiyə arasında gedib-gələnlər bu bayraq abidəsinə görə Jandarma Komandanlığına təşəkkür bildirir. Onlar deyirlər ki, yazılan yazıları və dalğalanan bayraqları görməkdən məmnundurlar. (virtualaz.org)

Bizim.Media

Ermənistana gözdağı olan QOŞA BAYRAQ - FOTO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO