Tbilisini etirazlar bürüdü - Baş nazirin istefası tələb olunur

Hazırda oxunan: Tbilisini etirazlar bürüdü - Baş nazirin istefası tələb olunur

0:00
0:00
28318

Bu dəqiqələrdə paytaxt Tbilisidə parlament binası önündə  etiraz aksiyası keçirilir. 

Bizim.Media 24News.ge xəbər verir ki, etirazda minlərlə insan iştirak edir.  

Vətəndaşlar "Tv Pirveli" kanalının əməkdaşı Lekso Laşkaravanın ölümü ilə əlaqədar hakimiyyəti məsuliyyəti öz üzərilərinə götürməyi və baş nazir İrakli Qaribaşvilinin istefasını tələb edirlər.

Onlar həmçinin 5 iyul tarixində Tbilisidə 55-dək jurnalistə fiziki təzyiq göstərən radikal qrupların təşkilatçılarının cəzalandırılmasını tələb edirlər. 

Qeyd edək ki, baş nazir LGBT-lərin Tbilisidə keçirəcəyi parad ilə bağlı verdiyi açıqlamaya görə qınanılır. O, 5 iyul tarixində LGBT-lərin Tbilisidə keçirəcəyi paradı ağlabatan saymadığını ifadə etmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO