Abşeron rayonunun Xırdalan şəhərində kanalizasiya problemi sakinlərin narazılığına səbəb olub.
Bizim.Media xəbər verir ki, bu barədə oxu.az-ın qaynar xəttinə şikayət daxil olub.
Bildirilib ki, Məhəmməd Hüseynzadə küçəsində təxminən iki ildir kanalizasiya borusundan mütəmadi olaraq çirkli su küçəyə axır.
Problem aradan qaldırılması üçün görülən işlər qısamüddətli olur. Bir müddət sonra kanalizasiya yenidən daşmağa başlayır.
"Yaranmış vəziyyət küçədə hərəkəti çətinləşdirir, antisanitariya şəraiti yaradır və ərazidə yaşayanların gündəlik həyatına mənfi təsir göstərir. Sözügedən küçə Heydər Əliyev prospektindən cəmi 50 metr aralıda yerləşir. Kanalizasiya suları prospektə də axır ki, bu da ətraf mühit və insanların sağlamlığı üçün potensial təhlükə yaradır", - deyə şikayətçi bildirib.
Bizim.Media


































































































