Rusiya Kiyevi ballistik raketlərlə atəşə tutdu: ölən və yaralananlar var - FOTO/VİDEO

Rusiya Kiyevi ballistik raketlərlə atəşə tutdu: ölən və yaralananlar var - FOTO/VİDEO

Hazırda oxunan: Rusiya Kiyevi ballistik raketlərlə atəşə tutdu: ölən və yaralananlar var - FOTO/VİDEO

639537

Rusiya qoşunları Kiyev və vilayətinə qarşı ballistik və hipersəsli raketlərlə kütləvi zərbələr endirib. 

Bizim.Media xəbər verir ki, hücum zamanı Kursk, Voronej və Bryansk vilayətlərindən buraxılan "Sirkon", "KN-23", "S-400" və "İsgəndər-M" daxil olmaqla müxtəlif tipli 20-yə yaxın raketdən istifadə olunub. Zərbələr əsasən enerji infrastrukturuna yönəldilib.

Kiyev vilayətinin Vışqorod rayonunda dağılan fərdi evin dağıntıları altından aralarında uşaq da olmaqla 3 nəfər xilas edilib, digər bir uşağın isə meyiti tapılıb. Vışqorod, Buçan və Obuxov rayonlarında yaşayış evləri, anbarlar, avtomobillər və infrastruktur obyektləri zədələnib, yanğınlar baş verib. Paytaxtda və vilayətdə işıq və su təchizatında fasilələr yaranıb.

Kiyevdə hücum nəticəsində 2 nəfər xəsarət alıb, qadın xəstəxanaya yerləşdirilib. Svyatoşinsk rayonunda fərdi sektorda, Qoloseyev rayonunda anbar binasında, Obolonsk rayonunda isə mağazada yanğın qeydə alınıb.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO