Bakıda köhnə binalardakı mənzillər bahalaşıb - VİDEO

Bakıda köhnə binalardakı mənzillər bahalaşıb - VİDEO

Hazırda oxunan: Bakıda köhnə binalardakı mənzillər bahalaşıb - VİDEO

638700

Bakıda köhnə beş və doqquz mərtəbəli binalardakı mənzillərin qiymətində son vaxtlar 5-10 min manat artım müşahidə olunur.

Bizim.Media "ATV Xəbər"ə istinadən xəbər verir ki, avqustda beşmərtəbəli binada 30 kvadratmetrlik birotaqlı mənzil 107 min manata təklif olunurdusa, hazırda qiymətlər 110-120 min manat arasında dəyişir. Doqquzmərtəbəli binada 37 kvadratmetrlik mənzilin qiyməti isə 135 mindən 140 min manata yüksəlib.
 

Ekspertlər bildirirlər ki, sentyabrda tələbələrin və digər bölgə sakinlərinin Bakıya axını mənzillərə tələbatı artırıb. Xüsusilə metro və ictimai nəqliyyata yaxın köhnə binalardakı bir və ikiotaqlı mənzillərə tələbat yüksəkdir.


Bildirilib ki, artan tələbat nəticəsində mənzil bazarında qiymətlər təxminən 5 faiz yüksəlib.

Ətraflı videoda:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO