Tehran-Tacikistan reysi ilə bağlı qalmaqallı anons: “Azərbaycanın bura nə aidiyyəti var?” – VİDEO

Tehran-Tacikistan reysi ilə bağlı qalmaqallı anons: “Azərbaycanın bura nə aidiyyəti var?” – VİDEO

Hazırda oxunan: Tehran-Tacikistan reysi ilə bağlı qalmaqallı anons: “Azərbaycanın bura nə aidiyyəti var?” – VİDEO

638628

Cənubi azərbaycanlı aktivist, jurnalist Ramin Saeidi İranda Azərbaycanla bağlı saxta təbliğatı ifşa edib.

Bizim.Media xəbər verir ki, bu barədə aktivist sosial şəbəkə hesabında paylaşım edib.

Belə ki, Tehrandan Tacikistana uçan təyyarənin pilotu Azərbaycanın hava məkanından istifadəyə icazə vermədiyinin anonsunu verib. 

Ramin Saeidi isə bu anonsun tamamilə reallıqdan uzaq olduğunu sübuta yetirib:

“Tehrandan Tacikistana uçan təyyarə Məşhəddən, Türkmənistandan, Əfqanıstandan keçə bilər. Azərbaycanın bura nə aidiyyəti var? Bilməyənlər üçün deyim. Coğrafi olaraq Tacikistan Məşhədin şərqində, Azərbaycan Təbrizin şimalındadır. Tehrandan Məşhədə gedəndə Təbrizin yolu bağlamağı necə mümkün ola bilər?
 

Bunlar belə bəhanələr gətirir, dava axtarırlar. ABŞ-a, İsrailə, Türkiyəyə gücləri çatmır, başqa ölkələri hədəf alırlar. Digər tərəfdən, Gürcüstan, Türkmənistan, Ermənistan, Pakistan da hava reyslərini bağlayıb. Bunlara səsiniz çıxmır, Azərbaycandan danışırsız. Sizin Azərbaycanla dərdiniz nədir?


Siz düşünmürsüz ki, Azərbaycan coğrafi olaraq kiçik ola bilər, amma 30-40 milyon azərbaycanlı ölkəmizdə yaşayır?! Siz onlarla yaxşı keçinmək yerinə dava axtarırsınız. Təbrizlə savaşmaq istəyirsiz?! Bakı da bizim bir parçamızdır, bizim qanımız-canımızdır. Siz kiminlə savaşmaq istəyirsiz?!” deyə o Saeidi qeyd edib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO