Çin sədri Si Cinpinin Vaşinqtona səfəri zamanı ABŞ Prezidenti Donald Tramp ona ABŞ-ın milli simvolu hesab edilən qartal heykəlini hədiyyə edib.
Bizim.Media xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
Hədiyyə Ağ Evdə keçirilən təntənəli şam yeməyi zamanı dostluq əlaməti olaraq təqdim edilib.
Amerika lideri heykəlin Amerikanın ən qabaqcıl sənətçilərindən biri tərəfindən yaradıldığını və onun dizaynında birinci xanım Melaniya Trampla birlikdə iştirak etdiyini qeyd edib.
Qeyd edək ki, sentyabrın 24-də Tramp Ağ Evdə Si Cinpini qəbul edib. Hər iki lider görüşü yüksək qiymətləndirib.

Bizim.Media
































































































