“11 sentyabr terroru ilə heç bir əlaqəm olmayıb, onda 13 yaşım var idi” – VİDEO

“11 sentyabr terroru ilə heç bir əlaqəm olmayıb, onda 13 yaşım var idi” – VİDEO

Hazırda oxunan: “11 sentyabr terroru ilə heç bir əlaqəm olmayıb, onda 13 yaşım var idi” – VİDEO

638201

Suriya Prezidenti Əhməd əl-Şaraa BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkda “Atlantik Şurası”nın keçirdiyi paneldə “Əl-Qaidə” ilə əlaqələri və 11 sentyabr terror aktları ilə bağlı sualları cavablandırıb.

Bizim.Media xəbər verir ki, panelin moderatoru qeyd edib ki, 2013-cü ildə “Əl-Nüsra Cəbhəsi”nin lideri olan və Əbu Məhəmməd əl-Culani adı ilə tanınan Əhməd əl-Şaraa “Əl-Qaidə” lideri Ayman əl-Zəvahirə sədaqət andı içib.

Ondan bu andı və həmin ideologiyanı açıq şəkildə rədd edib-etmədiyi soruşulub. Əhməd əl-Şaraa sualı birbaşa cavablandırmayaraq bildirib ki, artıq keçmişdə qalmış çoxsaylı məsələlər var.

“25 il əvvəl baş vermiş məsələləri müzakirə etməyi məqsədəuyğun hesab etmirəm. O vaxt mən başqa yaşda idim və bölgədəki şərait fərqli idi”, – deyə Əhməd əl-Şaraa bildirib.

O, Suriya müharibəsi və Bəşər Əsəd rejiminə qarşı mübarizə dövründə baxışlarının dəyişdiyini də deyib. 11 sentyabr terror aktları ilə bağlı suala isə Əhməd əl-Şaraa qəti cavab verib.

“Mənim bununla heç bir əlaqəm olmayıb. Həmin vaxt mənim 13 yaşım var idi. Bu məsələlər barədə heç nə bilmirdim”, – deyə o bildirib.

Əhməd əl-Şaraa ABŞ-də və Yaxın Şərqdə həlak olan insanlara görə təəssüfünü ifadə edib.

“Şübhəsiz ki, biz o vaxt baş verənlərdən və Nyu-Yorkda törədilən həmin əməldən tamamilə uzağıq”, – deyə Əhməd əl-Şaraa vurğulayıb. (Qafqazinfo.az)


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO