Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı – FOTO/VİDEO

Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı – FOTO/VİDEO

Hazırda oxunan: Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı – FOTO/VİDEO

637887

Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin yaydığı məlumatda qeyd edilib.
 

Bildirilib ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Masallı rayonu, İsgəndərli qəsəbəsində Rəsulov Taleh Seyran oğluna məxsus toyuq kəsimi sexində, Digah kəndində isə Paşayev Füzuli İbrahim oğluna məxsus toyuq kəsimi sahəsində yoxlama keçirib.


Yoxlama zamanı hər iki qida obyektində quşların müvafiq müşayiətedici sənədlərinin olmaması, sanitar-gigiyenik və sanitar-texniki tələblərin pozulması və digər nöqsanlar aşkarlanıb.

Hər iki sahibkar barəsində inzibati protokol tərtib edilib, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub, toyuq məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

Araşdırmalar davam etdirilir.












Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO