FHN əməliyyat görüntüləri yaydı: 442 yanğın, 3 qəza... – ANBAAN VİDEO

FHN əməliyyat görüntüləri yaydı: 442 yanğın, 3 qəza... – ANBAAN VİDEO

Hazırda oxunan: FHN əməliyyat görüntüləri yaydı: 442 yanğın, 3 qəza... – ANBAAN VİDEO

637791

Ötən həftə 442 yanğına çıxış olub.

Bu barədə Bizim.Media-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
 

Bildirilib ki, nazirliyin "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 442 yanğına çıxış, 54 halda köməksiz vəziyyətdə qalma və 3 avtonəqliyyat qəzası faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.


Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən ötən həftə ərzində 20-si azyaşlı olmaqla 62 nəfər xilas edilib, müxtəlif hadisələrlə əlaqədar (bağlı qapı, avtoqəza və s.) 11 nəfərin meyiti təhvil verilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO