Ontario əyalətində, yəhudi icmasının Yom-Kippur bayramını qeyd etdiyi sinaqoq yaxınlığında baş verən atışma nəticəsində polis əməkdaşı və bir kişi yaralanıb.
Bizim.Media xəbər verir ki, hakimiyyət orqanlarının məlumatına görə, yaralı xəstəxanaya yerləşdirilib və vəziyyəti kafi olaraq qiymətləndirilir.
Əyalətin xüsusi istintaq bölməsi hadisənin Toronto şəhərindən təxminən 170 kilometr şərqdə, Bellevill şəhərindəki "Sons of Jacob" ("İakovun oğulları") sinaqoqunun yaxınlığında baş verdiyini bildirib.
Polis hələlik atışmanın səbəblərini və ya hücumun hədəfinin məhz sinaqoq və ya yəhudi icması olmasını açıqlamayıb.
Bizim.Media



































































































