Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində xüsusilə külli miqdarda narkotik vasitənin tranzit yolla Azərbaycan ərazisindən keçirilməsinin qarşısı alınıb.
Bizim.Media komitəyə istinadən xəbər verir ki, Astara gömrük postunda İran İslam Respublikasından Rusiya Federasiyasına "kahı" və "kərəviz" yükü aparan yük nəqliyyat vasitəsi idxal yoxlama xəttində saxlanılaraq gömrük nəzarətinə cəlb edilib.
Nəqliyyat vasitəsi stasionar rentgen qurğusundan keçirilərək kinoloji xidmət itinin tətbiqi ilə yoxlanılıb, yükdə gizlədilən bağlamaların olduğu müəyyən edilib.
Aparılan yoxlama zamanı gömrük nəzarətindən gizlədilən 230 ədəd "kərəviz" formalı qablaşdırmada xalis təmiz çəkisi 79 kq 740 qram narkotik vasitə - marixuana aşkar edilib. Faktla bağlı araşdırma aparılır.



Bizim.Media

- A-
- A
- A+
Multimedia
09:06 / 21.09.2026
"Kahı" və "kərəviz" yükündə 79 kq narkotik vasitə aşkarlandı – FOTO/VİDEO
Hazırda oxunan: "Kahı" və "kərəviz" yükündə 79 kq narkotik vasitə aşkarlandı – FOTO/VİDEO
Hazırda oxunan: "Kahı" və "kərəviz" yükündə 79 kq narkotik vasitə aşkarlandı – FOTO/VİDEO
637780
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































