Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş – DETALLAR - VİDEO

Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş – DETALLAR - VİDEO

Hazırda oxunan: Qumbaranı evə Xədicənin qardaşı gətiribmiş – DETALLAR - VİDEO
637089
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ötən gün Xırdalanda baş vermiş partlayışın təfərrüatı məlum olub.

Bizim.Media Baku TV-yə istinadla xəbər verir ki, hadisə 19 yaşlı mərhum Xədicə Mustafayevanın həyətdə əl qumbarası ilə ehtiyatsız davranması nəticəsində meydana gəlib.

Hadisə şahidi baş verənlərlə bağlı açıqlama verib:

“Qızın həyətdə qanlar içində olduğunu gördüm. Əl nahiyəsi ağır zədələnmişdi, qarın və baş nahiyəsindən ciddi xəsarətlər almışdı. Qardaşı onu avtomobilə qoyub xəstəxanaya aparmaq istədi. Xəstəxanaya aparsalar da, artıq yolda dünyasını dəyişmişdi”.
 

Qonşuların sözlərinə görə, ailənin dörd övladı olub. Xədicə Mustafayeva üç qardaşın bir bacısı idi. Elə həmin əl qumbarasını da qardaşlardan biri müxtəlif yolla əldə edərək evdə gizlədib.


Hadisə baş verən gün Xədicə onu evdə tapıb və ehtiyatsız davranış zamanı da məlum partlayış baş verib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.

Qeyd edilib ki, 19 yaşlı Xədicə idmanla məşğul olub. O, kikboksinq idman növü üzrə dəfələrlə müxtəlif turnirlərin qalibi olub.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO