Bakıda avtobus dayanacağında infarkt keçirən 1957-ci il təvəllüdlü Rauf Novruzova ilkin tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, təcili tibbi yardım maşını ilə yaxınlıqdakı Xətai Tibb Mərkəzinə çatdırılan 69 yaşlı kişinin vəfat etdiyi məlum olub.
O, dünən Şamaxı rayonunda dəfn edilib.
*** 09:52
Sosial şəbəkələrdə küçədə infarkt keçirən şəxsin həyatının xilas olunmasını əks etdirən görüntülər yayılıb.
Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, hadisənin Xətai rayonu Yusif Səfərov küçəsində yerləşən avtobus dayanacağında baş verdiyi bildirilib.
Belə ki, marşrut avtobusu gözləyən kişinin halı qəfil pisləşib və o, yerə yıxılıb.
Həmin vaxt ərazidən keçən həkim Nicat Cahangirli ona ilkin tibbi yardım göstərib və ürək masajı edib.
İlkin məlumata görə, həkimin vaxtında müdaxiləsi həmin şəxsin həyatının xilasına səbəb olub.
Sözügedən görüntüləri təqdim edirik:
Bizim.Media


































































































