Morqda işləyən şəhid anası oğlunun ölümündən danışdı - VİDEO

Morqda işləyən şəhid anası oğlunun ölümündən danışdı - VİDEO

Hazırda oxunan: Morqda işləyən şəhid anası oğlunun ölümündən danışdı - VİDEO
213707
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

29 sentyabr 2020-ci ildə Sevda ana adəti üzrə qürurla Vətən uğrunda yaralananların yarasına məlhəm, şəhidlik zirvəsinə ucalananlara son təşəkkürünü yerinə yetirmək üçün Füzuli Tibb Mərkəzinə işə gəlir. 

Haradan bilsin ki, həmin gün morqa gətirilən, qanını yuyub təmizlədiyi, üzərini örtdüyü şəhidlərdən biri də gözünün ağı-qarası, oğul balası Sərhəd Hüseynovdur.

Bizim.Media xəbər verir ki, sentyabrın 29-da iki yaralı yoldaşını xilas edən Sərhəd üçüncü yaralı silahdaşını atəş altından çıxararkən düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalıb.

Morqda işləyən şəhid anası Sevda Həsənova oğlu ilə qürur duyduğunu bildirib:

"Şərəfli ölümdür. Başımı uca edib. Mən onunla həmişə fəxr etmişəm, ölənə kimi də fəxr edəcəyəm. Amma Allahdan arzum odur ki, məni oğluma tez qovuşdursun".
 

Sərhəd Hüseynov Vətən müharibəsində göstərdiyi şücaətə görə ölümündən sonra "Cəsur döyüşçü", "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.


Daha ətraflı Baku TV-nin materialında:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO