Tolik Rəhimin dostlarına SƏSLƏNDİ:

Tolik Rəhimin dostlarına SƏSLƏNDİ: "Qəbrini yalandan qucaqlayanlar..." - VİDEO 

Hazırda oxunan: Tolik Rəhimin dostlarına SƏSLƏNDİ: "Qəbrini yalandan qucaqlayanlar..." - VİDEO 

96855

"Allah sənə rəhmət eləsin Rəhim. Dünən gələ bilməsəm də, amma bu gün özümə borc bildim, gəldim. Baxmayaraq ki, biz səninlə yaxından dost olmamışıq, amma sənə hər zaman hörmət eləmişəm".  

Bizim.Media xəbər verir ki, bu sözləri prodüser Tarix Əliyev (Tolik) ötən gün dəfn olunan bəstəkar-müğənni Rəhim Rəhimlinin məzarını ziyarət etməsi ilə bağlı sosial şəbəkə hesabında paylaşdığı görüntülərdə deyib.  

Tolik ötən gün mərhumla vidalaşmaq üçün onun mərkəzdəki evinə axın edən məşhurları məzarının kənarına gül çələngi gətirmədikləri üçün tənqid edib.  

"Mənə çox pis təsir edən bu mənzərə oldu. Bir dənə də olsun Rəhimin məzarı kənarında gül yoxdur. Bir tək gül şirkəti çələng göndərib. Bu gün də özüm sənin ruhunu şad etmək üçün bu gülləri bura gətirdim. Amma dünən səninlə vidalaşmaq üçün gələn tanışların, dostların, sənin bəstələdiyin mahnılarını ifa edən müğənnilər 50-100-150 manatından keçib sənin 43 yaşında cavan məzarının ətrafını güllü-çiçəkli edə bilməzdilər? Niyə axı belə oldu? Niyə? Ona görə də "vay ölənin halına".  

Allah sənə rəhmət eləsin, yerini cənnətlik etsin və günahlarını bağışlasın. Allah sənin qəbrini yalandan qucaqlayan dostlarına da kömək olsun", - deyə Tolik fikirlərini ifadə edib.  
Qeyd edək ki, Rəhim Rəhimli kəskin ağciyər, ürək çatışmazlığından 43 yaşında vəfat edib. TƏBİB-in açıqlamasında müğənninin bununla yanaşı, ağır xəstəlikləri - qaraciyər sirrozu və kardiomiopatiyası olduğu bilirilib.  

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO