Xəyyam Rəhimlə son yazışmalarını PAYLAŞDI - FOTO 

Xəyyam Rəhimlə son yazışmalarını PAYLAŞDI - FOTO 

Hazırda oxunan: Xəyyam Rəhimlə son yazışmalarını PAYLAŞDI - FOTO 
96757
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, bəstəkar-müğənni Rəhim Rəhimli ürəktutmasından gecə saatlarında dünyasını dəyişib. 

Bizim.Media xəbər verir ki, Əməkdar artist Xəyyam Nisanov mərhumla bağlı xatirələrini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

Sənətçi Rəhimin günlər əvvəl yazdığı mesajını və onunla çəkdirdiyi fotosunu paylaşaraq, həmkarının qəfil gedişindən təsirləndiyini və təəssüfləndiyini yazıb. 

Rəhimin Xəyyama yazdığı mesajda deyilir: "16-sı olacağam. Duet də ifa edərik. Bir də gördün piano arxasına keçdim. Xahiş edirəm narahat olma. Sən mənim dostumsan da... Səncə nəsə olsa sənə demərəm. Allah səni var eləsin Xəyyam".

Nisanov isə  Rəhimlinin mesajlarına "Sən həmmişə istedadlı olmusan. Çox təəssüf ki, artıq bunu keçmiş zamanda deyəcəyik. Allah sənə rəhmət eləsin. Sən heç kimə əziyyət verməyi xoşlamırdın. Bu gün biz incəsənətimizin yox, xalqımızın dostunu itirdik" , - sözlərini yazıb. 
Qeyd edək ki, Rəhim Rəhimli kəskin ağciyər, ürək çatışmazlığından 43 yaşında vəfat edib. TƏBİB-dən həmçinin  müğənninin bununla yanaşı, ağır xəstəlikləri - qaraciyər sirrozu və kardiomiopatiyasının olduğu  bildirilib. 

Rəşad Əliyev, Bizim.Media

Xəyyam Rəhimlə son yazışmalarını PAYLAŞDI - FOTO  - foto 1
Xəyyam Rəhimlə son yazışmalarını PAYLAŞDI - FOTO  - foto 2
Xəyyam Rəhimlə son yazışmalarını PAYLAŞDI - FOTO  - foto 3

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO