“Elit Star” Cəmilə ilə Elnar arasında QALMAQAL: “Mənə necə irad tuta bilərsiniz?” - VİDEO  

“Elit Star” Cəmilə ilə Elnar arasında QALMAQAL: “Mənə necə irad tuta bilərsiniz?” - VİDEO  

Hazırda oxunan: “Elit Star” Cəmilə ilə Elnar arasında QALMAQAL: “Mənə necə irad tuta bilərsiniz?” - VİDEO  

79142

“Elit Star” titulu ilə məşhurlaşan müğənni Cəmilə İsgəndərova ilə gənc həmkarı Elnar Xəlilov arasında qalmaqal yaşanıb.  

Bizim.Media xəbər verir ki, ikili “Elin sözü” verilişində mahnı ilə bağlı polemikaya giriblər.

Cəmilənin söylədiyi sözlər Elnarın boğazından keçməyib.  

Belə ki İsgəndərovanın “Şəxsən mən səni adını bilmirdim” deyə Xəlilova müraciət edib. Bundan sonra Elnar “açıb ağzını, yumub gözünü”. O, Cəmiləni repertuarında yer alan “Unuda bilərsən” mahnısı ilə imtahana çəkib: “Mən sizin mahnınızı bilirəm. Deyin mənə görüm, “Bu mahnı etalondur?” Bu nəğmə hansı laddadır?”. 

Cəmilə isə Elnarın bu sualına cavab verə bilməyərək, “gah nala, gah da ki mıxa vurub”.  

Daha sonra Xəlilovun “Bundan sonra siz mənə sənətkar olaraq necə irad tuta bilərsiniz? Əgər siz oxuduğunuz mahnının hansı ladda olduğunuzu bilmirsinizsə” – deməsinə İsgəndərova “Mahnıları oxuyuram, xalq üçün. “Unuda bilərsən” mahnım sevilib” – deyə cavab verib.  

Rəşad Əliyev, Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO