Lalə Məmmədovanın açıq havada musiqi ziyafəti - FOTO 

Lalə Məmmədovanın açıq havada musiqi ziyafəti - FOTO 

Hazırda oxunan: Lalə Məmmədovanın açıq havada musiqi ziyafəti - FOTO 
79005
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ötən axşam Əməkdar artist Lalə Məmmədova açıq hava konserti baş tutub.  

Bizim.Media xəbər verir ki, Heydər Əliyev Mərkəzinin parkında səhnəyə çıxan sənətçi iki saat musiqi ziyafəti verib.  

Canlı ifaları ilə tamaşaçıların qəlbini oxşayan Lalə hitlərini arda-arda düzüb.

“Pandemiyadan sonra ilk dəfə xalq konsertində çıxış etdim. Həqiqətən də, çox həyəcanlı idim. Əvvəlki hissləri yaşadım. Böyük bir məsuliyyət var idi. İnsanların qarşısında çıxış etmək məni çox sevindirdi.

Tamaşaçıların mahnılarımı birgə oxumaları, rəqs etmələri, əylənmələri məni xoşbəxt etdi. Sevginiz üçün təşəkkür edirəm”, - deyə L.Məmmədova vurğulayıb.  

L.Məmmədova göz oxşayan səhnə geyimi ilə də diqqətləri üzərinə cəmləyib. Estrada ulduzunun obrazı üzərində yaxın dostu, tanınmış stilist Elnur Həsənov çalışıb.  

Rəşad Əliyev, Bizim.Media









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO