"Ali təhsili olmayan sənətçi başa bəla olur" – Brilliant Dadaşovadan sərt sözlər

"Ali təhsili olmayan sənətçi başa bəla olur" – Brilliant Dadaşovadan sərt sözlər

Hazırda oxunan: "Ali təhsili olmayan sənətçi başa bəla olur" – Brilliant Dadaşovadan sərt sözlər

620864

Xalq artisti Brilliant Dadaşova gənclərə müraciət edərək səhnəyə gəlmək istəyənlərin mütləq ali təhsil almasının vacibliyini vurğulayıb.

Bizim.Media “musavat.com”a istinadla xəbər verir ki, sənətçi bu barədə "Öz aramızda" verilişində danışıb.
 

Brilliant Dadaşova bildirib ki, artıq bir neçə ildir təhsil aldığı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində dərs deyir və gəncləri həmin ali təhsil ocağında təhsil almağa çağırır:


"Artıq bir neçə ildir ki, təhsil aldığım Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tələbələrim var. Səhnəyə çıxmaq, peşəkar sənətkar olmaq istəyən bütün gəncləri həmin universitetə dəvət edirəm. Mütləq təhsil alsınlar, öz üzərlərində işləsinlər.

Gənclərə müraciət edirəm – mütləq savadlı olun. Çünki ali təhsili olmayan insan, vallah, başa bəla olur. İncəsənətdə də mütləq ali təhsil olmalıdır. Xüsusilə mədəniyyət sahəsində savad çox önəmlidir. Səhnə danışığı, səhnə duruşu, səhnə hərəkətləri və digər peşəkar vərdişlər öyrənilməli, incəsənət xadimi bunları əyani şəkildə təhsil alaraq mənimsəməlidir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO