Zahidənin əri efirə zəng vurdu:

Zahidənin əri efirə zəng vurdu: "Utancverici məsələ deyil" - VİDEO

Hazırda oxunan: Zahidənin əri efirə zəng vurdu: "Utancverici məsələ deyil" - VİDEO
167241
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Xəbər verdiyimiz kimi, müğənni Zahidə Günəş ikinci dəfə ailə qurub.

Bizim.Media xəbər verir ki, sənətçinin əri Ramin bəy ilk dəfə "Elgizlə izlə" ictimai-sosial verilişinin canlı efirinə zəng vuraraq, proqramda qonaq olan Zahidə ilə ailə qurmasının pərdəarxası məqamlarından danışıb.

"Zahidə xanımı müğənni Zahidə Günəş kimi deyil, özü kimi sevdim. Biz çox xoşbəxtik. Allah hər kəsə bizim kimi sevgi və xoşbəxtlik bəxş etsin. Sizin verilişə zəng eləməyim məqsədi haqqımızda danışılan yalanlarla bağlıdır. Hər kəs haqqımızda yalan sözlər danışır. Ailə qurmaq gizlədiləsi və ya utancveriləsi bir məsələ deyil ki... Axı biz nə üçün yalan danışaq? Hamının başına gələn xoş hadisədir. Biz sevmişik bir-birimizi və ailə qurmuşuq", - deyə Zahidənin əri Ramin bəy vurğulayıb.
Qeyd edək ki, aparıcı və prodüser Tarix Əliyev (Tolik) Zahidə Günəşin ikinci dəfə ailə qurmasının qurma və şou olduğunu dilə gətirib. Buna səbəb isə müğənninin onun verilişində deyil, bir gün sonra qonaq olduğu aparıcı Nanə Ağamalıyevanın proqramında ikinci dəfə ailə qurması haqda açıqlaması olub.
 


Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO