İnternat evində böyüyən Bahar Lətifqızı: “Anamı bağışlamamaq kimi haqqım yoxdur” 

Hazırda oxunan: İnternat evində böyüyən Bahar Lətifqızı: “Anamı bağışlamamaq kimi haqqım yoxdur” 

165534

“Anam bilirdi ki, mən haradayam. Mən də onun harada olduğunu bilirdim. Bizim ailəmizdə ayrılıq olmuşdu. Valideynlərim ayrılmışdı. Anam “epilepsiya” xəstəsi olub. Məhkəmə olmuşdu və anam atamla ayrılmışdı. Atama mən verilə bilməzdim, çünki səbəbləri vardı. Ataya icazə vermədilər ki, uşağa baxsın. Anama da söylədilər ki, uşaqlar “Bir nömrəli internat evi”nə veriləcək. Nəticədə mən və qardaşım 15 yaşına kimi “Bir nömrəli internat evi”ndə qaldıq. Amma o zamanlar anam yanımıza gəlib, gedirdi. Elə olurdu ki, həftədə bir dəfə evə də gedirdik”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Bahar Lətifqızı “Günə son” ictimai-sosial proqrama müsahibəsində deyib. 

İnternat evində böyüdüyünü söyləyən sənətçi anasını ilə olan münasibətlərindən söz açıb: 

“Anamı bağışlamaq kimi, haqqım belə yoxdur bu sözü söyləməyə. Bağışlayarsan sözü ümumiyyətlə mənə çatmır. Necə axı ananı bağışlamaq olmaz? O ananı bağışlamazlar ki, dünyaya övlad gətirir hər bir çətinlikdə olsa canı sağlamdır, heç bir xəstəliyi yoxdur uşağını aparır hansısa bir qapıya qoyur, ya uşaq evinə verir və ya atır atasının üstünə bax ona ana demirəm. Ya aparır zibilliyə atır... Bunları qəbul etmək olmaz. Sonradan uşaq bilər ki, anası ona qarşı bu addımı atıb,...

Bağışlamaq olmaz. Yenə də bağışlayan Allahdır. Anamı axı niyə bağışlamayım... Anam beş yaşıma kimi məni dizlərində yatızdırıb. İnternat evində gecələr müəyyən zamana kimi yata bilmirdim, anamı istəyirdim”. 
Qeyd edək ki, B.Lətifqızının iki qız övladı var. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO