Tolik və Nadir Brilliantla Lalənin BARIŞIĞINI qeyri-səmimi ADLANDIRDI – FOTO

Tolik və Nadir Brilliantla Lalənin BARIŞIĞINI qeyri-səmimi ADLANDIRDI – FOTO

Hazırda oxunan: Tolik və Nadir Brilliantla Lalənin BARIŞIĞINI qeyri-səmimi ADLANDIRDI – FOTO

155479

Xəbər verdiyimiz kimi, Əməkdar artist Lalə Məmmədova ötən gecə məkanların birində doğum gününü qeyd edən Xalq artisti Brilliant Dadaşovanın məclisinə gələrək, onunla barışıb. 

Bizim.Media xəbər verir ki, illərdir, küsülü olan sənətçilərin bu barışığı bir sıra şou-biznes nümayəndələri tərəfindən səmimi qarşılanmayıb. 

Aparıcı və prodüser Tarix Əliyev (Tolik) və müğənni Nadir Qafarzadə sosial şəbəkədə yayılan barışıq videosuna şərh yazıblar. Onlar Məmmədova ilə Dadaşovanın barışığına inanmayıb, qeyri-səmimi adlandırıblar. 

"Heç kim məndən inciməsin. İncisə də gedib su içsin. Mənə bu görüntü heç də səmimi gəlmədi", - deyə Tolik yazıb. 

Nadir isə Elzanın repertuarında yer alan "Son vida" mahnısının nəqarət hissəsinin sözlərini yazaraq, şəxsi münasibətini bildirib. 


Rəşad Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO