Özcan Dəniz arvadı ilə birlikdə ölümlə TƏHDİD OLUNUR 

Özcan Dəniz arvadı ilə birlikdə ölümlə TƏHDİD OLUNUR 

Hazırda oxunan: Özcan Dəniz arvadı ilə birlikdə ölümlə TƏHDİD OLUNUR 
127890
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Türkiyəli müğənni Özcan Dənizin iranlı dizayner həyat yoldaşı Samar Dadqarla qaldığı evin sahibi ilə aralarında qalmaqal baş verib.  

Bizim.Media türk mediasına istinadən xəbər verir ki, villanın həyətində aparılacaq işlərlə bağlı sənətçidən avtomobilini mülkün önündən saxlamamaq istənilib.  

Dəniz isə sözügedən təmir işlərilə əlaqədar əvvəlcədən ona məlumat verilmədiyini vurğulayıb.

Bundan sonra villanın sahibi onu sərt formada təhdid edib. Mülkün sahibi, ifaçıya "Sən ölməyə layiqsən, silahımı götürməyə gedirəm, sən də götür" söyləyərək hədə-qorxu gəlib.  
Daha sonra Özcan hüquq mühafizə orqanlarına müraciət edib. Özcanın xanımı Samar verdiyi ifadədə həyatlarının təhlükədə olduğunu bildirib. O həmçinin əlavə edib ki, telefonu göstərib polisə zəng edəcəyini deməsəydi, villanın sahibi silah gətirəcəkmiş. 

Rəşad Əliyev, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO