Bakı Limanında konteyner dövriyyəsi rekord səviyyəyə ÇATDI - FOTO

Bakı Limanında konteyner dövriyyəsi rekord səviyyəyə ÇATDI - FOTO

Hazırda oxunan: Bakı Limanında konteyner dövriyyəsi rekord səviyyəyə ÇATDI - FOTO
264102
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2025-ci ilin yanvar-iyul ayları ərzində “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı Beynəlxalq Dəniz Limanı vasitəsilə konteyner dövriyyəsinin həcmi rekord səviyyəyə çatıb.

Bizim.Media xəbər verir ki, bu dövrdə Bakı Limanı vasitəsilə aşırılan konteyner həcmi 60 429 TEU təşkil edib. 

Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 54,2% artım deməkdir. 2024-cü ilin yanvar-iyul aylarında bu göstərici 39 184 TEU ekvivalentinə bərabər olmuşdu.

Regionun ən müasir logistika mərkəzi olan Bakı Limanında müşahidə olunan bu pozitiv dinamikanın ilin sonuna qədər davam edəcəyi və göstəricilərin daha da artaraq 100 min TEU təşkil edəcəyi proqnozlaşdırılır. Qeyd edək ki, ölkəmizin tranzit gücünün artırılması məqsədilə Bakı Limanının ADY ilə inteqrasiyasından sonra Limanın illik gücü hər hansı investisiya yatırılmadan qısa müddətdə 100 min TEU-dan 150 min TEU-ya yüksəldilib.

Bakı Limanında konteyner dövriyyəsi rekord səviyyəyə ÇATDI - FOTO - foto 1

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO