Azərbaycanda iqtisadiyyatın bir sıra sahələrində yüksək ARTIM olub

Azərbaycanda iqtisadiyyatın bir sıra sahələrində yüksək ARTIM olub

Hazırda oxunan: Azərbaycanda iqtisadiyyatın bir sıra sahələrində yüksək ARTIM olub

177960

2024-cü il Azərbaycan iqtisadiyyatında yüksək göstəricilərlə başlayıb. 

Bizim.Media xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyinin açıqlamasında bildirilir. 

Məlumata görə, bu ilin yanavar ayında ümumi daxili məhsul (ÜDM) ötən ilin eyni dövrü ilə müqayisədə 5 %, o cümlədən qeyri-neft-qaz ÜDM-i 12,3 % çox olub. 

Əlavə dəyərdə artım tikinti sektorunda 66,9 %, nəqliyyat və anbar təsərrüfatında 26,8 %, qeyri-neft-qaz emal sənayesində 16,8 %, turizm və ictimai iaşədə 12,1 %, informasiya və rabitədə 11,8 % təşkil edib. Ölkə iqtisadiyyatında yüksək investisiya fəallığı qeydə alınıb. 
Son 1 ildə əsas kapitala investisiya qoyuluşu 37,4 %, o cümlədən qeyri-neft-qaz sektoruna investisiya qoyuluşu 34,1 % artıb ki, bu da iqtisadi artıma töhfə verən mühüm amildir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO