Belqradda güləş üzrə dünya çempionatı başa çatdı - 2 bürünc medalımız var

Belqradda güləş üzrə dünya çempionatı başa çatdı - 2 bürünc medalımız var

Hazırda oxunan: Belqradda güləş üzrə dünya çempionatı başa çatdı - 2 bürünc medalımız var
94482
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Serbiyanın paytaxtı Belqradda keçirilən güləş üzrə dünya çempionatı başa çatıb.

Bizim.Media xəbər verir ki, İslam Bazarqanov (61 kq) 1/8 finalda iranlı Reza Atrinaqarçiyə uduzub - 0:4. Rəqib finaladək irəlilədiyi üçün Bazarqanov təsəlliverici görüşlərə çıxıb.

İlk qarşılaşmada Şimali Makedoniya təmsilçisi Bəşir Əlidən güclü olan (5:1) İslam növbəti görüşdə bolqarıstanlı Georgi Vangelovla bacarmayıb - 0:4.

Hacı Əliyev (65 kq) 1/8 finalda argentinalı Aqustin Destribatsdan 6:1 hesabı ilə üstün olub. Yığmanın kapitanı 1/4 finalda özbəkistanlı Abbas Rəhmanovdan güclü olub - 10:3. Titullu güləşçimiz yarımfinalda iranlı Rəhman Amuzadxəliliyə 2:9 hesabı ilə məğlub olub.

Əliyev bürünc medal uğrunda macarıstanlı İsmayıl Musukayevlə qarşılaşıb və 2:4 hesabı ilə məğlub olaraq yarışı 5-ci pillədə başa vurub.

Maqomedxan Maqomedov (97 kq) 1/8 finalda almaniyalı Erik Tieleyə qalib gəlib - 11:4. Avropa çempionumuz 1/4 finalda amerikalı dünya və olimpiya çempionu Kayl Snayderə müqavimət göstərə bilməyib - 0:10. Ancaq rəqib finala yüksəldiyi üçün Maqomedov təsəlliverici görüşə çıxıb və polşalı Zbiqniev Baranovskiyə tam üstünlüklə (11:0) qalib gəlib.

Maqomedxan 3-cü yer uğrunda iranlı Məhəmmədhüseyn Məhəmmədianla mübarizə aparıb. Rəqibinə "tuşe" ilə qalib gələn M.Maqomedov dünya üçüncüsü olub.

Beləliklə, sərbəst güləş millimiz DÇ-ni ötən il olduğu kimi, 2 bürünc medalla başa vurub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO