"Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan AÇIQLAMA

"Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan AÇIQLAMA

Hazırda oxunan: "Barselona"nın Azərbaycana gəlişi ilə bağlı "Sabah"dan AÇIQLAMA

633445

"Sabah"ın icraçı direktoru Ramin Həsənov UEFA Çempionlar Liqasının ümumi mərhələsinin püşkatmasının nəticələrini şərh edib.

Bizim.Media xəbər verir ki, Həsənov bu barədə "Sovetski sport" nəşrinə açıqlamasında danışıb.
 

"Püşkatmanın nəticələrini çox müsbət qiymətləndiririk. "Barselona"nın Azərbaycana gəlişi təkcə klubumuz və azarkeşlərimiz üçün deyil, bütün ölkə üçün böyük futbol bayramıdır. Komanda, xüsusən də gənc oyunçular üçün belə səviyyəli klubla qarşılaşmaq əvəzsiz təcrübə və əlavə motivasiya olacaq.


Rəqibin gücünü anlayırıq. Lakin Azərbaycan futbolunu layiqincə təmsil etməyə və bu matçın azarkeşlərimizin yaddaşında qalması üçün əlimizdən gələni etməyə çalışacağıq.

Bu turnirdəki hər bir an bizim üçün bütün istiqamətlərdə - idman baxımından, ev və səfər oyunlarının təşkili və hazırlığı, eləcə də planlaşdırma baxımından böyük təcrübədir. Dünyanın ən yaxşı klublarından biri ilə qarşılaşmaq bütün komanda üçün əvəzolunmaz təcrübə olacaq", - deyə Həsənov bildirib.

Xatırladaq ki, Azərbaycan təmsilçisi Bakıda "Barselona" (İspaniya), "Borussiya Dortmund" (Almaniya), "Napoli" (İtaliya) və "Slaviya Praq" (Çexiya) ilə qarşılaşacaq.

Ölkə çempionu səfərdə isə "Arsenal", "Mançester Yunayted" (hər ikisi İngiltərə), "Vilyarreal" (İspaniya) və "Vikinq" (Norveç) ilə üz-üzə gələcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO