Futbol üzrə Dünya Çempionatında iştirakçıların sayı 64 olacaq?

Futbol üzrə Dünya Çempionatında iştirakçıların sayı 64 olacaq?

Hazırda oxunan: Futbol üzrə Dünya Çempionatında iştirakçıların sayı 64 olacaq?

624856

Futbol üzrə dünya çempionatında iştirak edən milli komandaların sayı gələcəkdə 64-ə qədər artırıla bilər.

Bizim.Media  xəbər verir ki, bunu FİFA prezidenti Canni İnfantino “Blue Sport” portalına açıqlamasında deyib.
 

FIFA prezidenti Canni İnfantino bildirib ki, turnirin formatının yenidən genişləndirilməsi məsələsi nəzərdən keçiriləcək. O xatırladıb ki, 2026-cı il dünya çempionatında iştirakçıların sayı ilk dəfə 32-dən 48-ə yüksəldilib.


İnfantinonun sözlərinə görə, dünya çempionatında oynamaq arzusu yalnız müəyyən ölkələrə məxsus olmamalı, dünyanın bütün milli komandaları belə bir imkan barədə xəyal qura bilməlidirlər.

FIFA rəhbəri 64 komandalı formatın müzakirə olunacağını, lakin hələ yekun qərarın qəbul edilmədiyini vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO