
- A-
- A
- A+
İdman
16:29 / 23.05.2025
1 dəq oxunma
Millimiz İngiltərəyə QALİB GƏLDİ
Hazırda oxunan: Millimiz İngiltərəyə QALİB GƏLDİ
250946
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın
Google-da bizim.media-ya abunə ol
Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin
Abunə ol
Çimərlik futbolu üzrə Azərbaycan millisi Avropa çempionatının I seçmə mərhələsində (EBSL) ilk oyununu keçirib.
Bizim.Media xəbər verir ki, B Liqasının A qrupunda yer alan komandamız İngiltərə yığması ilə qarşılaşıb.
İspaniyanın El Puerto de Santa Maria şəhərində təşkil olunan görüş Sahib Məmmədovun yetirmələrinin 5:4 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində Ramil Əliyev iki, Sahib Məmmədov və Bayram Bayramlı hərəyə bir dəfə fərqləniblər, bir qol isə avtoqol kimi qeydə alınıb.
Qeyd edək ki, komandamız qrupda növbəti oyunlarını mayın 24-də Belçika (saat 13:00), 25-də isə Litva (saat 14:15) seçməsinə qarşı keçirəcək.
Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.



































































































