Azərbaycanın iki güləşçisi dünya çempionatında medal qazandı

Azərbaycanın iki güləşçisi dünya çempionatında medal qazandı

Hazırda oxunan: Azərbaycanın iki güləşçisi dünya çempionatında medal qazandı
208366
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

İordaniyanın paytaxtı Ammanda keçirilən U-17 dünya çempionatına yekun vurulub.

Bizim.Media xəbər verir ki, son yarış günündə Azərbaycanın sərbəst güləşçiləri 1 gümüş və 1 bürünc medal qazanıb.

Rəvan Həsənzadə (45 kiloqram) gürcüstanlı Levan Nozadzeyə (tuş), monqolustanlı Oçirxu Badarxa (6:3) və belaruslu Kiril Nikitsikə (12:2) qalib gələrək yarımfinala yüksəlib. Finalın bir addımlığında iranlı Amirabbas Ramezanibazarmahallehə 2:4 hesabıyla məğlub olan Rəvan bürünc medal uğrunda görüşdə qazaxıstanlı Bekzat Amangəldini “tuş”la üstələyərək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Hüseyn İsmayılov (60 kiloqram) britaniyalı Danuş Jovkara (4:1), iranlı Fərhad Xateriyə (3:2) və ermənistanlı Hayk Avanesyana (4:2) qalib gələrək finala yüksəlib. Son görüşdə qırğızıstanlı Omurbek Uluya 1:5 hesabıyla məğlub olan Hüseyn gümüş medalı boyundan asıb.

Beləliklə, Azərbaycan millisi dünya çempionatını 1 gümüş və 3 bürünc medalla başa vurub. Xatırladaq ki, ötən gün Hüseyn Hüseynovla (55 kiloqram) Muxamad Qantemirov (110 kiloqram) dünya üçüncüsü olub. Yığmamız 77 xalla komanda hesabında ilk “5-liy”i qapayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO