Elcan Hacıyev Avropa çempionu oldu

Elcan Hacıyev Avropa çempionu oldu

Hazırda oxunan: Elcan Hacıyev Avropa çempionu oldu
189304
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Aprelin 27-də Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən cüdo üzrə Avropa çempionatının son günündə Elcan Hacıyev (-90 kq.) Avropa çempionu olub.

Bizim.Media xəbər verir ki, turnir boyu Elcan Xorvatiya, İspaniya, Gürcüstan və Rumıniyadan olan rəqibləri üzərində parlaq qələbə qazanıb. 

Qeyd edək ki, o, hazırda bu kateqoriyada ən yüksək reytinqli cüdoçu olan gürcüstanlı Olimpiya çempionu — Laşa Bekauriyə qalib gəlib və yarımfinala vəsiqə qazanıb.

Elcan final görüşündə macar cüdoçusu Kristof Totu məğlub edərək Avropa çempionu titulunu qazanıb.

Eyni zamanda Hacıyev daha əvvəl gənclər arasında Avropa çempionatında qızıl medal, dünya çempionatında isə iki bürünc medal qazanıb. Bundan əlavə, o, həm Qran Pri, həm də Böyük Dəbilqə turnirlərin mükafatçısı olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO