"Qarabağ" "Sabah"ı darmadağın edib

Hazırda oxunan: "Qarabağ" "Sabah"ı darmadağın edib

175847

Bu gün Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına start verilib.

Bizim.Media xəbər verir ki, "Qarabağ" "Sabah"ın qonağı olub. 

Oyun Ağdam klubunun böyükhesablı qələbəsi ilə başa çatıb. Rəqibini 7:1 hesabı ilə məğlub edən "Qarabağ" yarımfinala vəsiqəni böyük ölçüdə həll edib.

Günün ilk oyununda isə "Səbail" "Zirə"ni qəbul edib. Görüş "Zirə"nin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu mərhələnin digər iki oyunu sabah keçiriləcək.

30 yanvar (çərşənbə axşamı)

19:00.“Sabah” – “Qarabağ” - 1:7 

Qollar: Hamidu Keyta, 20 (0:1), Juninyo, 28 (0:2), Nəriman Axundzadə, 45+3 (0:3), Juninyo, 55 (0:4), Cesse Sekidika, 63 (1:4), Abdullah Zubir, 77 (1:5), Adama Diakabi, 87 (1:6), Abdullaj Zubir, 90+3 (1:7)

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Nicat İsmayıllı

“Bank Respublika Arena”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO