"Neftçi"–nin məşhur futbolçusu koronavirusdan vəfat edib - FOTO

Hazırda oxunan: "Neftçi"–nin məşhur futbolçusu koronavirusdan vəfat edib - FOTO
17495
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın veteran futbolçusu Füzuli Cavadov dünyasını dəyişib.

Bizim.Media xəbər verir ki, bu barədə Futbol Veteranları İttifaqı məlumat yayıb.

F.Cavadov Bakının 71 yaşında koronavirusdan vəfat edib.

Dəfn mərasimi bu gün saat 11:00-da mərhumun Bakının Mərdəkan qəsəbəsindəki bağ evində olacaq. O, Binə qəbiristanlığında torpağa tapşırılacaq.

Xatırladaq ki, Füzuli Cavadov futbolçu karyerasının böyük hissəsini "Neftçi"də keçirib. O, 1972 - 1978-ci illərdə "ağ-qara" formanı geyinib. F.Cavadov Naxçıvanın "Araz", həmçinin Rusiyanın OİK (Rostov) və Latviyanın "Dauqava" komandalarında da çıxış edib.

Mərhum futbolçu Azərbaycan millisinin keçmiş hücumçusu Vaqif Cavadovun atası, AFFA İcraiyyə Komitəsinin üzvü, veteran futbolçu İsgəndər Cavadovun qardaşıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO