Azərbaycan əsilli Britaniya gimnastı Avropa çempionatında 3 qızıl medal qazandı

Azərbaycan əsilli Britaniya gimnastı Avropa çempionatında 3 qızıl medal qazandı

Hazırda oxunan: Azərbaycan əsilli Britaniya gimnastı Avropa çempionatında 3 qızıl medal qazandı
131076
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Böyük Britaniyanı təmsil edən Azərbaycan əsilli idman gimnastı Cessika Qədirova Türkiyənin Antalya şəhərində keçirilən idman gimnastikası üzrə Avropa çempionatında 3 qızıl medal qazanıb.

Bizim.Media xəbər verir ki, Qədirova əvvəlcə döşəmə üzərində hərəkətlərdə bütün rəqiblərini qabaqlayıb. O, 14.000 xal toplayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bu növdə ikinciliyi onun həmyerlisi Alis Kinsella (13.666), üçüncü yeri isə Rumıniya idmançısı Sabrina Voynea (13.566) tutub.

Bundan əlavə, fərdi çoxnövçülük yarışında da Cessika Qədirova bütün rəqibləri üçün əlçatmaz olub. 55.032 xal toplayan Azərbaycan əsilli gimnast medal yarışında macarıstanlı Sofia Kovaçs (54.899) və italiyalı Alis Damatonu (54.500) geridə qoyub.
18 yaşlı idmançının da tərkibində olduğu Böyük Britaniyanın qadınlardan ibarət yığması da komandalararası yarışın qalibi olduğu üçün Qədirovanın Antalyadakı qazancı 3 qızıl medal olub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO