Ötən gün İran aviaşirkətləri Azərbaycana uçuşları dayandırıb.
Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən məlumat verilib.
Uçuşların dayandırılması İrandan qayıtmaq istəyən Azərbaycan vətəndaşları üçün alternativ marşrut məsələsini də gündəmə gətirib.
Bizim.Media Xəzər TV-yə istinadla xəbər verir ki, turizm eksperti Fariz Bəşirov bildirir ki, hazırkı vəziyyətdə İrana və əksinə səfər etmək istəyən Azərbaycan vətəndaşları üçün əsas çətinlik birbaşa uçuşların məhdud olmasıdır. Bundan başqa, bir sıra beynalxalq aviaşirkətlər də İrana reysləri dayandırıb.
Artıq bilet almış sərnişinlər üçün isə ən vacib məsələlərdən biri ödənişlərin geri qaytarılmasıdır.
Azərbaycanın İrandakı səfirliyi uçuşların dayandırılması ilə bağlı hazırda İranda olan Azərbaycan vətəndaşlarına müraciət ünvanlayıb. Bildirilib ki, Azərbaycana qayıtmaq üçün aviabilet əldə etmiş, lakin reyslərin ləğvi səbəbindən ölkəyə qayıda bilməyən vətəndaşlardan İrandakı səfirliyə və ya Təbrizdəki Baş Konsulluğa müraciət edərək Azərbaycan-İran arasında fəaliyyət göstərən quru sərhəd-keçid məntəqələri vasitəsilə ölkəyə qayıtmaları ilə bağlı yardım almaları xahiş olunur.
İran aviaşirkətlərindən Azərbaycana bilet almış Azərbaycan vətəndaşlarına biletin pulunu geri almaq üçün həmin aviaşirkətlərin satış ofislərinə müraciət etmələri tövsiyə olunur.
Bizim.Media











































































































