Hərbi Dəniz Qüvvələrində

Hərbi Dəniz Qüvvələrində "Ən yaxşı gəmilər divizionu" bəlli oldu - VİDEO

Hazırda oxunan: Hərbi Dəniz Qüvvələrində "Ən yaxşı gəmilər divizionu" bəlli oldu - VİDEO
43663
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2021-ci ilin döyüş hazırlığı planına əsasən Hərbi Dəniz Qüvvələrində "Ən yaxşı gəmilər divizionu" adı uğrunda müsabiqə keçirilib.

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Müsabiqənin əsas məqsədi bölmələrin döyüş hazırlığının daha da yüksəldilməsi, ixtisas və peşə fəaliyyətləri üzrə hərbi qulluqçuların bilik və bacarıqlarının artırılması, eləcə də ən yaxşı gəmilər divizionunun müəyyən olunmasıdır.
 

Üç mərhələdən ibarət müsabiqədə ilk olaraq şəxsi heyətə, silah və texnikaya baxış keçirilib. Sonra hərbi hissədə qoşun xidmətinin təşkili və maddi-texniki vasitələrin saxlanma şəraiti yoxlanılıb.


Sonda atəş hazırlığı və digər taktiki normativləri icra edən bölmələrin döyüş hazırlığı qiymətləndirilib.

Yekun mərhələnin nəticələri təhlil edildikdən sonra qaliblər komandanlıq tərəfindən mükafatlandırılıb.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO