Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu keçirilir - Bakıda İLK DƏFƏ 

Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu keçirilir - Bakıda İLK DƏFƏ 

Hazırda oxunan: Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu keçirilir - Bakıda İLK DƏFƏ 
141878
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Heydər Əliyev Mərkəzində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) təşkilatçılığı ilə ilk dəfə Dünyadakı Azərbaycanlı Təbiblərin Simpoziumu keçirilir.

Bizim.Media xəbər verir ki, “Heydər Əliyev İli” çərçivəsində təşkil edilən simpozium Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Ardınca simpozium üçün hazırlanan film nümayiş olunub.

Qeyd edək ki, tədbirin keçirilməsində əsas məqsəd dünyanın müxtəlif ölkələrində yaşayan və çalışan azərbaycanlı həkimlərlə tibb sahəsindəki yenilikləri paylaşmaq və mütəxəssislər arasında təcrübə mübadiləsini təmin etmək, həmçinin xaricdə yaşayan azərbaycanlı həkimlərin milli səhiyyə sisteminin inkişafı istiqamətində aparılan işlərə öz töhfələrini vermələri üçün yeni imkanlar yaratmaqdır.

Simpoziumda dünyanın 14 ölkəsində - Türkiyə, Rusiya, Almaniya, Amerika Birləşmiş Ştatları, Küveyt, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İtaliya, Kanada, Qırğızıstan, Ukrayna, Gürcüstan və Rumıniyada çalışan azərbaycanlı həkim-mütəxəssislər iştirak edirlər.
Dünyadakı Azərbaycanlı Təbiblərin ilk Simpoziumunun iştirakçıları arasında müxtəlif ölkələrdən paytaxta gələn 100-dən çox cərrah, transplantoloq, neyrocərrah, klinik embrioloq, kardioloq, uroloq, endokrinoloq, nevroloq, travmatoloq, pediatr, terapevt və bu kimi digər ixtisas mütəxəssisləri təmsil olunurlar.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO