Zelenskinin TƏKLİFİ: “Ukraynada bütün panel evlər sökülməlidir”

Zelenskinin TƏKLİFİ: “Ukraynada bütün panel evlər sökülməlidir”

Hazırda oxunan: Zelenskinin TƏKLİFİ: “Ukraynada bütün panel evlər sökülməlidir”
76757
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Rusiya Ukrayna müharibəsində bu ölkədə dağılmış panel evləri bərpa etmək mümkün olmaya bilər.

Bizim.Media “ukrinform.ru” saytına istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski Xarkov vilayətinə səfəri zamanı müharibə bağlı keçirilən işçi görüş zamanı deyib.

O bildirib ki, indi müasir hündürmərtəbəli binaların tikintisinə üstünlük verilməlidir.

Xüsusilə, o, zədələnmiş panel evlərin bərpasının mənzil fondunun modernləşdirilməsi yolu ilə mümkün olduğunu deyib.

Onun fikrincə, bu həm də ölkəni və şəhərləri müasirləşdirmək, modern üslublu yaşayış evləri tikmək üçün bir fürsətdir.

Zelenski vurğulayıb ki, yeni evlərdə bomba sığınacaqları da tikilməlidir.

“Biz vəsait, kredit xətləri tapmalıyıq. Dövlət bunu təminat etdiyi bir vaxtda şəhər və rayon rəhbərləri isə gözəl layihələr tapmalıdırlar”, - deyə Zelenski bildirib.

Xatırladaq ki, bu gün Zelenski ilk dəfə Kiyev vilayətindən kənarda ictimaiyyət qarşısında olub. O, Xarkov yaxınlığındakı Ukrayna qoşunlarının mövqelərinə baş çəkib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO