Dünyanı qorxudan xəbərdarlıq - Hökumətlərə çağırış edildi

Dünyanı qorxudan xəbərdarlıq - Hökumətlərə çağırış edildi

Hazırda oxunan: Dünyanı qorxudan xəbərdarlıq - Hökumətlərə çağırış edildi
648306
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Cari ildə antimikrob preparatlara davamlılıqla (AMD) mübarizə proqramına qoşulan ölkələrin sayı artsa da, iştirakçıların əksəriyyəti götürdükləri öhdəlikləri maliyyələşdirmə ilə təmin edə bilməyib. Bu isə 2030-cu ilə qədər müəyyən edilmiş əsas hədəflərə nail olunmasını təhlükə altına alır.

Bizim.Media xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) açıqlamasında bildirilib.

Məlumata görə, 183 ölkədən 173-ü AMD ilə mübarizə üzrə milli fəaliyyət planının mövcud olduğunu elan edib. Halbuki 2017-ci ildə belə ölkələrin sayı cəmi 79 idi. Lakin bəyan edilmiş planın maliyyələşdirilməsi və icrası barədə yalnız 42 ölkə hesabat verə bilib.

ÜST-nin məlumatına əsasən, antibiotiklərə davamlılığın inkişafı bakteriyaların bu preparatların təsirinə müqavimət göstərmək qabiliyyəti ilə bağlıdır. Bu problemin yayılmasının əsas səbəblərindən biri isə həmin qrupa aid dərmanların həddindən artıq istifadə edilməsidir.

Xatırladaq ki, 2024-cü ildə BMT Baş Assambleyasında ekspertlərin fikrincə, onilliklər ərzində əldə olunmuş tibbi nailiyyətləri sarsıda biləcək bu problemin həllinə yönəlmiş 2030-cu il hədəfləri razılaşdırılmışdı.

"Bu gün adi görünən tibbi prosedurlar antibiotiklər və digər antimikrob preparatlar təsirini itirdikdə daha riskli olur", – deyə ÜST-nin antimikrob preparatlara davamlılıq problemi üzrə departamentinin direktor əvəzi Jan Pyer Nyemazi bildirib. Onun sözlərinə görə, rezistentliyin yayılması yeni antibiotiklərin hazırlanması tempini qabaqlayır.

ÜST-nin statistikasına görə, laboratoriyada təsdiqlənmiş hər altıncı bakterial infeksiya halında antibiotiklərə qarşı davamlılıq aşkarlanır.

Mövcud tendensiyalar davam edərsə, qarşıdakı 25 il ərzində dərmanlara davamlı infeksiyalar bütün dünyada 39 milyondan çox insanın həyatına son qoya bilər.

Bununla yanaşı, antibiotiklərə ehtiyacın azaldılmasının ən effektiv üsullarından biri olan infeksiyaların profilaktikası sahəsində ciddi boşluqlar qalmaqdadır.

Təşkilat qeyd edib ki, infeksiyaların profilaktikası və onlarla mübarizə üzrə milli proqramlar və tövsiyələr 128 ölkədə təsdiq edilib (2018-ci ildə bu rəqəm 90 idi). Lakin həmin proqramlar yalnız 69 ölkədə (38%) ümumdövlət səviyyəsində tətbiq olunub ki, bu da 2030-cu il üçün nəzərdə tutulan 90 faizlik hədəf göstəricisindən xeyli aşağıdır.

Qeyd edək ki, 2024-cü ildə ölkələr 2030-cu ilədək dövlətlərin 80 faizinin bu cür imkanlara malik olmasına nail olmaq barədə öhdəlik götürmüşdülər.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO